...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə yeni partiyalar daxil olacaq

Siyasət Materials 19 Avqust 2006 12:39 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə yeni siyasi partiyalar daxil olacaq. Bu barədə Trend ə Siyasi Əlaqələndirmə Mərkəzindən (SƏM) məlumat verilib.

Sentyabr ayında SƏM-in tərkibinin genişlənməsi gözlənilir. Belə ki, hazırda bir sıra siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə danışıqlar aparılır. SƏM-ə yeni qoşulacaq partiyalar arasında "Bizim Azərbaycan" blokunda təmsil olunmuş partiyalar da var. Bu məsələlərlə bağlı SƏM-in Sədrlər Şurası müzakirələr aparılır.

Siyasi partiyaların əməkdaşlıq mərkəzi olan SƏM həm də sentyabr ayında yeni təkliflərlə çıxış edəcək, öz yeni ideyalarını ictimai, siyasi qurumların diqqətinə çatdıracaq və ictimai müzakirələrini təşkil edəcək. Ölkədə demokratiyanın inkişafı üçün nəzərdə tutulan təkliflərə kütləvi aksiyaların, vətəndaşlarla kütləvi görüşlərin, ayrı-ayrı tədbirlərin keçirilməsi də daxildir.

Xəbər lenti

Xəbər lenti