...

Gəncədə tibb işçiləri işə müsabiqə yolu ilə qəbul edilir

Siyasət Materials 21 Avqust 2006 13:38 (UTC +04:00)

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin verdiyi məlumata görə, şəhər səhiyyə sistemində bir sıra islahatlar aparılır.

Onun sözlərinə görə, 2006-cı ildə Gəncədə 54 tibb işçisi müsabiqə yolu ilə işə qəbul olunub. Bunlardan 22-si həkim, 32-si isə orta tibb işçiləridir. Bundan başqa, 96 nəfər tibb işçisi Bakıda ixtisasartırma kurslarında iştirak edib. Mehman Rzayev bildirdi ki, bundan sonra da tibb işçilərinin işə qəbulu müsabiqə yolu ilə aparılacaq.

Xəbər lenti

Xəbər lenti