...

"Azərbaycan yolu" Siyasi Hərəkatı imzatoplama kampaniyasına yekun vurub

Siyasət Materials 22 Avqust 2006 14:02 (UTC +04:00)

"Azərbaycan yolu" Siyasi Hərəkatının Təşəbbüs Qrupu Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qaytarılması və Ermənistanda onlara siyasi-inzibati muxtariyyət verilməsi üzrə imzatoplama kampaniyasına yekun vurub. Bu barədə Trend ə Hərəkatın mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq təşkilatlara təqdim etmək üçün keçirilən imzatoplama kampaniyasının birinci mərhələsi ərzində 1930-50, 1960-70 və 1988-90-ci illərdə öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və Azərbaycan Respublikasının ən müxtəlif regionlarına səpələnmiş minlərlə soydaşımızdan imza toplanılıb. Eyni zamanda 1828-ci ildən Qərbi Azərbaycanın erməniləşdirilməsi siyasətini təsdiq edən bir çox tarixi sənədlər və əsərlər əldə edilib.

Millət vəkili Fazil Qəzənfəroğlu Təşəbbüs Qrupunun qanuni tələbini ATƏT Parlament Assambleyasında səsləndirib və avropalı parlamentarilərin diqqətini bu mühüm problemə cəlb edib.

Sentyabr ayında isə Təşəbbüs Qrupunun geniştərkibli yığıncağı keçiriləcək və məsələnin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində addımlar atılacaq.

Xəbər lenti

Xəbər lenti