...

22 gündə 3267 sürücü məsuliyyətə cəlb olunub

Siyasət Materials 22 Avqust 2006 17:00 (UTC +04:00)

Avqustun 1-dən başlayaraq Azərbaycan Respublikası ərazisində "Təmiz hava" devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində karbon qazını normadan artıq ixrac edən nəqliyyat vasitələrini idarə edən 3267 sürücü aşkarlanaraq məsuliyyətə cəlb olunub. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"Onlar İnzibati Xətalar Məcəlləsinin 155.2.1 maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunub, avtomobilləri isə texniki təmir stansiyalarına göndərilib. Plana uygun olaraq Bakıda avtotəsərrüfatı olan 16 müəssədə 454 avtomasın yoxlanılıb, 141 nəqliyyat vasitəsinin istismari qadagan olunub" - deyə V.Əsədov söyləyib.

"Təmiz hava" devizi altında keçirilən aylığa sentyabrın 1-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti