...

QMİ sədri İsrail-Livan münaqişəsinin həllinə yardım göstərməyə hazırdır

Siyasət Materials 23 Avqust 2006 15:30 (UTC +04:00)
QMİ sədri İsrail-Livan münaqişəsinin həllinə yardım göstərməyə hazırdır

Trend-i buradan izləyin

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, lazım gələrsə, dünyadakı nüfuzundan istifadə edərək, İsrail-Livan münaqişəsinin həllinə yardım göstərə bilər. Trend xəbər verir ki, bu barədə QMİ başçısı jurnalistlərə verdiyi müsahibədə bildirib.

QMİ başçısı qeyd edib: "Hazırda bu məsələ ilə böyük siyasətçilər məşğuldur və mən hesab edirəm ki, uğur əldə etmək üçün onların böyük potensialı var". Ümumilikdə, şeyxülislam hesab edir ki, ərəb dövlətləri kifayət qədər həmrəy deyillər və öz ərazilərində mövcud olan münaqişəli vəziyyətlər üzrə qərarın qəbul olunmasında kifayət qədər birlik göstərmirlər. "Əgər ərəb ölkələri vaxtında Dağlıq Qarabağ münaqişəsinə dair qəti mövqe bildirsəydilər, bu gün İsrail-Livan və bir çox digər münaqişələr olmazdı", - deyə şeyxülislam bildirib.

Xəbər lenti

Xəbər lenti