...

Türkiyənin nəqliyyat naziri: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə 2007-ci ildən başlanılacaq

Siyasət Materials 25 Avqust 2006 11:55 (UTC +04:00)
Türkiyənin nəqliyyat naziri: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə 2007-ci ildən başlanılacaq

Bakı-Tbilisi -Qars dəmir yolu layihəsi Türkiyə üçün strateji əhəmiyyətə malikdir, onun gerçəkləşdirilməsi isə, Türkiyə, Azərbaycan və Gürcüstanın qərarına əsasən, artıq 2007-ci ildə başlanılacaq. Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım ölkənin Azərbaycanla həmsərhəd olan İğdır şəhərində olarkən bildirib.

"Layihənin gerçəkləşdirilməsinə 320 milyon dollar ayrılacaq", - deyə nazir bildirib və qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində, Türkiyə Avropa və Asiya arasında nəqliyyat daşımalarında əsas oyunçuya çevriləcək.

Bununla yanaşı, nazir Azərbaycanın Naxçıvan Muxtar Respublikasından keçməklə Türkiyənin Qars şəhərini İranla birləşdirəcək digər dəmir yolunun tikinti imkanlarının öyrənilməsi üzrə qərarın verildiyini bildirib.

"Biz bu məsələni diqqətlə öyrənəcəyik", - deyə nazir İğdır əyalətinin rəhbərliyi ilə görüşdə qeyd edib.

Xəbər lenti

Xəbər lenti