...

Qərb bölgəsində 1200 nəfər texnikumlara sənəd təqdim edib

Siyasət Materials 28 Avqust 2006 19:06 (UTC +04:00)

Ali məktəblərə qəbul imtahanı verib 50 baldan yuxarı bal toplayan 1200 abituriyent sənədlərini texnikumlara təqdim edib. Bu barədə Trend ə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə nümayəndəliyinin katibi Nizami Seyidəliyev verib.

Onun sözlərinə görə, Qərb bölgəsindən texnikumlarda təhsil almaq istəyənlərin təxminən 400 nəfəri sənədlərini Gəncə Tibb Texnikumuna verib.

Bundan başqa, şəhərdəki Texniki Kollecdə və respublikanın digər orta ixtisas təhsil müəssisələrində də təhsil almaq həvəsində olan gənclər var.

Xəbər lenti

Xəbər lenti