...

Bu gün Azərbaycan prezidentinin Sloveniyaya səfəri başa çatır

Siyasət Materials 29 Avqust 2006 11:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfərinin son günü həmin ölkənin Milli assambleyasının vitse-prezidenti ilə görüşəcək.

Trend xəbər verir ki, gün ərzində İlham Əliyev həmçinin "Postoyna" mağarası ilə tanış olacaq, sonra isə Sloveniya respublikasının Milli assambleyasının vitse-prezidenti Saşo Peçe və onun xanımı Azərbaycan prezidenti və xanımının şərəfinə rəsmi nahar təşkil edəcəklər.

Azərbaycan prezidentinin Sloveniyaya rəsmi səfəri günün ikinci yarısında başa çatacaq. İlham Əliyev Sloveniyanın milli televiziyasına müsahibə verəcək, sonra isə vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti