...

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrda etiraz tədbirlərinə başlaya bilər

Siyasət Materials 29 Avqust 2006 13:48 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması problemi həllini tapmadığı təqdirdə partiya sentyabr ayında etiraz tədbirlərinə başlayacaq. Bu barədə Trend ə partiyanın sədr müavini Bəybala Əbil məlumat verib.

Qeyd edək ki, müxalifəti təmsil edən Klassik Xalq Cəbhəsi Partiyasının aprel ayında təsis qurultayı keçirilib və bundan sonra sənədlər nazirliyə təqdim olunub. Lakin 4 ay keçməsinə baxmayaraq, hələ də partiya dövlət qeydiyyatına alınmayıb. B.Əbilin sözlərinə görə, partiya nümayəndələri bununla bağlı nazirlikdə görüşlər keçiriblər və onlara sənədlərə baxılacağını bildiriblər.

Sədr müavini qeyd edib ki, sentyabr ayında partiyanın nümayəndə heyəti Ədliyyə Nazirliyində müvafiq səlahiyyətli şəxslərlə görüşəcək. Qısa müddət ərzində bu danışıqların nəticəsi olmasa, partiya etiraz əlaməti olaraq piketlərə başlayacaq.

Xəbər lenti

Xəbər lenti