...

Gəncədə nümunəvi küçələr salınır

Siyasət Materials 29 Avqust 2006 16:15 (UTC +04:00)

Gəncədə nümunəvi küçələrin sayı artırılacaq. Trend in bölgə müxbirinə bu barədə məlumat verən şəhər Çoxsahəli Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun sözlərinə görə, artıq belə küçələrədən biri hazırdır: "Muxtar Hacıyevin adını daşıyan bu küçə müasir standartlar səviyyəsində tam təmir olunub".

Z.Məmmədov bildirir ki, 850 metr uzunluqda küçənin hərəkət hissəsi 7800 m2, səki hissəsi isə 4200m2 dir. Bu küçəyə 1036 m3 çınqıl, 2032 ton asfalt döşənib. Bundan başqa yaşıl ot örtüyü və gül çiçəklər də salınıb.

Zahid Məmmədov onu da vurğuladı ki, şəhər rəhbərliyi Gəncədə belə küçələrin sayının artırılmasını qərara alıb.

Xəbər lenti

Xəbər lenti