...

Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri zamanı beş ikitərəfli sənədin imzalanması gözlənilir

Siyasət Materials 29 Avqust 2006 16:45 (UTC +04:00)
Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri zamanı beş ikitərəfli sənədin imzalanması gözlənilir

Sentyabrın 7-8-də Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri başlanır. Hazırda səfərə hazırlıq görülür. Ukraynanın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili İqor Kizimanın Trend ə eksklüziv olaraq verdiyi xəbərə görə, səfər proqramının və ikitərəfli sənəd layihələrinin hazırlanma prosesi tamamlanmaq üzrədir.

Ukrayna prezidentinin Azərbaycan səfərinin ilk günü Azərbaycan prezidenti İlham Əliyev və ölkənin Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşlərin keçirilməsi planlaşdırılıb.

Həmçinin prezident aparatında iki ölkənin hökümət üzvlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparılacaq. Sonra isə mətbuat konfransında sənədlər imzalanacaq.

Diplomatın sözlərinə görə, beş sənəd imzalanmaq üçün təqdim olunacaq. Hər iki ölkə prezidentləri birgə bəyannamə imzalayacaqlar. Bundan əlavə, aşağıdakı sənədlər imzalanacaq: Azərbaycan və Ukraynanın Xarici İşlər Nazirlikləri arasında Diplomatik işçilərin hazırlığı haqqında Saziş; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Ukraynanın Kənd Təsərrüfatı və Aqrar Siyasəti Nazirliyi arasında bitki növlərinin öyrənilməsi və mühafizəsi sahəsində Saziş; Ətraf mühitin mühafizəsi haqqında Saziş; Azərbaycanın Dövlət Neft Şirkəti və Ukraynanın "Neft və qaz" Milli səhmdar şirkəti arasında əməkdaşlıq haqqında Saziş.

V.Yuşenkonun səfər proqramı çərçivəsində həmçinin Bakı Slavyan Universitetində olması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti