...

Müasir Müsavat Partiyasının qurultayı təxirə salınıb

Siyasət Materials 30 Avqust 2006 15:11 (UTC +04:00)

Müasir Müsavat Partiyası (MMP) sentyabr ayına planlaşdırdığı III qurultayını təxirə salıb. Bu barədə Trend ə MMP mətbuat xidmətindən bildiriblər.

O da qeyd olunub ki, partiyanın rayon təşkilatlarında konfransların keçirilməsinə və qurultaya 357 nümayəndənin seçilməsinə baxmayaraq MMP sədri Hafiz Hacıyevin təklifi ilə qurultayın vaxtı dəyişdirilib. Sədrin təklifi partiyanın İdarə Heyəti və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin birgə keçirilən iclasında müzakirə olunub. Qərara alınıb ki, partiyanın III qurultayı "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra keçirilsin.

Xəbər lenti

Xəbər lenti