...

Şəhər günü münasibəti ilə Moskvanın bayram tərtibatına 50 mln. rubl xərclənib

Siyasət Materials 31 Avqust 2006 18:17 (UTC +04:00)
Şəhər günü münasibəti ilə Moskvanın bayram tərtibatına 50 mln. rubl xərclənib

Şəhər günü münasibəti ilə Moskvanın bayram tərtibatına 50 mln. rubl xərclənib. Trend in Rusiyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Moskva şəhərinin Reklam, informasiya və tərtibat komitəsinin sədri Vladimir Makarov bildirib.

O həmçinin bildirib ki, bayramın emblemi - "Moskva -859" üslublu yazı ilə günbəz hazırlanıb. Emblem həcm-dekorasiya konstruksiyalarının, panno, müxtəlif formatlı plakatların əsas üslüb yaradan elementi olacaq.

Digər Avropa paytaxtlarının təcrübəsindən istifadə edilməyə dair suala cavab verərkən cənab Makarov qeyd edib ki, "Moskva bu sahədə heç kimdən geri qalmır".

"Həmçinin Moskva meri Y.Lujkovun 2007-ci ili Uşaq ili elan etməsi, Moskva birdən tikilməyib, Moskva - gələcəyin şəhəridir və başqa mövzularda yeni plakatlar hazırlanıb. Plakatlar seriyası bu ilin dekabr ayında qeyd olunan Moskva yaxınlığında döyüşün 65 -ci ildönümünə həsr olunub. Peşəkar ustalıq müsabiqələrinin qaliblərinin şəkli hər bir inzibati dairənin "Şərəf lövhəsi"nə vurulacaq. Moskva haqqında maraqlı faktların göstərildiyi yeni "Bilirsinizmi ki?" adlı proqram yaradılacaq. Şəhər gününün axşam saatlarında bayram çıraqbanlığı işləyəcək", - deyə Vladimir Makarov bildirib.

O həmçinin xatırladıb ki, Şəhər günü Beslan faciəsinin ildönümü ilə üst-üstə düşdüyündən, sentyabrın 2-dən 3-nə keçən gecə bayram tərtibatı maksimal surətdə söküləcək və moskvalıların və bütün rusiyalıların Beslan sakinləri ilə həmrəyliyini ifadə edən transporantlar yerləşdiriləcək. Bayramın təhlükəsizliyini 25 mindən çox milis, daxili qoşun, FTŞ və digər idarələrin əməkdaşları təmin edəcək.

Xəbər lenti

Xəbər lenti