...

"YES"-in Koordinasiya Şurasının iclasında İşçi Qrupunun təklifləri müzakirə olunacaq

Siyasət Materials 1 Sentyabr 2006 14:53 (UTC +04:00)

Müxalifətyönlü Yeni Siyasət (YES) blokunun Koordinasiya Şurasının sentyabrın ilk ongünlüyündə planlaşdırılan növbəti toplantısında İşçi Qrupunun təklifləri müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə "YES" blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının (AZH) lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev onu da vurğulayıb ki, blokda təmsil olan millət vəkilləri Əli Məsimli və Vahid Əhmədovla bu barədə danışıqlar aparıb: "İstəyirik ki, yaxın günlərdə toplaşıb blokun gələcək fəaliyyətini müzakirə edək. Bununla bağlı yaradılan İşçi Qrupunun təkliflərini nəzərdən keçirəcəyik". AZH lideri bildirib ki, o, "YES"i şəxsiyyətlərin siyasi bloku kimi görmək istəyir.

Qeyd edək ki, "YES" 2005-ci il parlament seçkilərindən öncə bir neçə siyasi təşkilat və ayrı-ayrı fərdlər tərəfindən yaradılıb. Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Sosial Demokrat Partiyası sonradan blokun sıralarını tərk ediblər. Hazırda blokun Koordinasiya Şurasının 9 üzvü var. Parlament seçkilərindən sonra blok yalnız bir neçə dəfə toplantı keçirib.

Xəbər lenti

Xəbər lenti