Azərbaycan prezidenti bu gün imzaladığı sərəncamla İbrahim Nəbi oğlu Yaqubovu Azərbaycanın İstanbuldakı (Türkiyə Respublikası) baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən azad edib.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndi rəhbər tutularaq verilib.