...

QDİƏT Parlament Məclisi Baş Assambleyasının növbəti plenar iclası noyabrın 21-23-də Bakıda keçiriləcək

Siyasət Materials 6 Sentyabr 2006 12:23 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının növbəti plenar iclası bu il noyabrın 21-23-də Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Aleksey Kudryavtsevlə görüşündə vurğulanıb.

Görüşdə parlamentin sədri Azərbaycanın dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Təşkilata rəhbərlik edən tərəf kimi Azərbaycan qurumun növbəti XXIIII plenar sessiyası ilə bağlı təşkilati məsələləri öz üzərinə götürüb. Parlamentin spikeri həm də növbəti dövrdə qurumun sədri kimi plenar iclasa hazırlıq işləri, onun Bürosunun, Daimi komitəsinin çağırılması məsələləri ilə maraqlanıb, habelə müşahidəçi ölkələrin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə üzv dövlətlərin dəvət məktublarını imzalayıb.

Qəbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının XXIIII plenar sessiyasının gündəliyi və tərəfləri maraqlandıran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti