Sentyabrın 7-8-də Helsinkidə Əhali və inkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. Milli Məclisin deputatı, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradov forumda iştirak edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Tədbirdə gənclər və imkanlar, sağlamlıq və regionda gənc nəsil, hüquq məsələləri, reproduktiv sağlamlıq və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycanlı deputat müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, münasibətini bildirəcək.