...

Rəcəb Tayyib Ərdoğan: Ermənilərin uydurma soyqırımı Türkiyənin şərəfli tarixini ləkələmək cəhdidir

Siyasət Materials 11 Sentyabr 2006 17:37 (UTC +04:00)

Müəyyən qüvvələr türk xalqının şərəfli tarixini ləkələməyə çalışır. 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin uydurma soyqırımı ilə bağlı bəyanatlar buna tipik misaldır. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Bu qədər geniş tarixi irsə malik millət tapmaq çətindir. Mən Türkiyənin baş naziri kimi Osmanlı imperiyasının mövcud olduğu son illlərdə baş vermiş hadisələri öyrənmək üçün Ermənistana birgə elmi komissiya yaratmağı təklif etmişəm", - deyə T.Ərdoğan bildirib. O vurğulayıb ki, başçılıq etdiyi hökumət Türk tarixi və dili üzrə idarələrin fəaliyyətini dəstəkləmək üçün əlindən gələni edəcək.

"Hər iki idarə Türkiyə Respublikasının təşəkkül tapdığı dövrün ən mühüm irslərindən biridir", - deyə baş nazir sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti