...

İran prezidenti Seneqal, Kuba, Venesuela və ABŞ-a səfər edəcək

Siyasət Materials 12 Sentyabr 2006 11:30 (UTC +04:00)
İran prezidenti Seneqal, Kuba, Venesuela və ABŞ-a səfər edəcək

İran prezidenti Mahmud Əhmədi Nejad sentyabrın 13-də Seneqal, Kuba, Venesuelaya rəsmi səfər edəcək və BMT-nin Nyu-Yorkda 61-ci ümumi toplantısında iştirak edəcək.

Trend in Tehrandakı xüsusi müxbiri xəbər verir ki, turne zamanı İran prezidenti əvvəlcə Seneqalda olacaq. Orada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ölkə prezidenti ilə görüşəcək.

Sonra Mahmud Əhmədi Nejad Kubaya yola düşəcək və həmin ölkənin rəsmi şəxsləri ilə görüşəcək.

Havanadan sonra İran prezidenti Venesuela dövlətinin başçısı Hoqo Çavesanın dəvəti ilə Karakasa yola düşəcək.

Səfərin sonunda İran prezidenti Nyu -Yorkda BMT-nin 61-ci toplantısında iştirak və çıxış etmək üçün ABŞ-a gedəcək.

Xəbər lenti

Xəbər lenti