...

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 14 Sentyabr 2006 17:53 (UTC +04:00)

Sentyabrın 14-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclası Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov açaraq iclasın gündəliyinə iki məsələnin daxil edildiyini bildirib.

Komissiya sədri "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi barədə" qanun layihəsi haqqında ətraflı məlumat verərək qeyd edib ki, qanunun 4.4.4-cü maddəsindən "əmək haqqına əlavələrin verilməsi və vətəndaşların" sözləri çıxarılır. Ziyafət Əsgərov qanunda edilən digər dəyişiklikləri də diqqətə çatdırıb.

Sonra "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsinə baxıldı. Sazişin 2006-cı il iyunun 1-də Bakı şəhərində imzalandığını bildirən Ziyafət Əsgərov bu sənədin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Komissiya üzvləri hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılmasını məqsədəuyğun hesab ediblər.

Xəbər lenti

Xəbər lenti