Ukraynaın baş naziri Viktor Yanukoviç bəyan edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyini təxirə salır. Trend in Kiyevdəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə o, bu gün Brüsseldə "Ukrayna-NATO" komissiyasının iclasından sonra bildirib.
"Reuters" agentliyinin məlumatına görə, V. Yanukoviç öz bəyanatını Ukrayna müxalifətinin açıqcasına NATO-ya qoşulmağın əleyhinə çıxış etməsi ilə izah edib.
"Biz izah etdik ki, Ukraynadakı mövcud siyasi duruma görə biz fasilə götürməli olacağıq. Qəti qərar qəbul etməyin vaxtı isə çatacaq", - deyə V. Yanukoviç bildirib.