...

Samarada quldur basqını nəticəsində bir azərbaycanlı həlak olub, üçü isə yaralanıb

Siyasət Materials 15 Sentyabr 2006 19:21 (UTC +04:00)
Samarada quldur basqını nəticəsində bir azərbaycanlı həlak olub, üçü isə yaralanıb

Samarada sentyabrın 13-də baş vermiş quldur basqını nəticəsində bir nəfər öldürülüb, üçü isə ağır olaraq yaralanıb. Bu barədə eksklüziv olaraq Trend in xüsusi müxbirinə Ümumrusiya Azərbaycanlıları Konqresinin Samaradakı nümayəndəsi Şirvan Kərimov məlumat verib.

Bundan başqa, o bildirib ki, rusların, taciklərin, özbəklərin, daha çox azərbaycanlıların işlədiyi 14 və 15 №-li tərəvəz bazalarına quldur basqını öz aralarında nüfuz sahəsini bölə bilməyən quldur dəstələri tərəfindən törədilib.

"Hücum etməyə başlayanda azərbaycanlılar müqavimət göstəriblər. Azərbaycanlıları döyməyə başlayanda isə müqavimət güclənib və hücum edənlər bunu gördükdə atəş açmağa və geri çəkilməyə başlayıblar", - deyə Ş. Kərimov qeyd edib. O həmçinin bildirib ki, quldurlar "Sayqa" avtomatları və bıçaqlarla silahlanıbmışlar. Basqın nəticəsində 1972-ci il təvəllüdlü, Masallı rayonunun Bambaşi kənd sakini, Azərbaycan vətəndaşı olan Zeynalov Davud Qulamhüseyn oğlu aldığı bıçaq yarasından vəfat edib. O, xəstəxanaya çatdırılsa da, qanaxmasından keçinib. Hüseynov Hikayət Allahşükür oğlu ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun ayağında cərrahiyyə əməliyyatı aparılıb və vəziyyəti sabit ağır qiymətləndirilir. Bağırov Aslan Mədət oğlunun isə dalağını kəsib götürüblər. Bərk döyüldüyündən onda daxili qanaxma, eləcə də beyin silkələnməsi olub. Onun da vəziyyəti sabit ağırdır. Qarayev Şakir Şəmkir oğlu və Abdullyaev Mirqamət Xalid oğlu kəllə-beyin travması və beyin silkələnməsi ilə xəstəxanada yatırlar. Kəllə-beyin travması və beyin silkələnməsi ilə xəstəxanaya yerəlşdirilən Abdullayev Xudayar Xudaverdi oğlunun isə iki qabırğası sınıb. Bağırov Ataş Mədət oğlu güclü bıçaq yaraları alıb. Beləliklə, hazırda xəsarət alanlardan üçü xəstəxanada yatır.

Cəmi 20 nəfər xəsarət alıb, onlardan 5-i ciddi bədən xəsarətləridir. İkisi beyin silkələnməsi aldıqlarına baxmayaraq, xəstəxanada yatmaqdan imtina edib. Biri isə artıq bu gün işə çıxıb. Bütün xəsarət alanlar təxminən bu yaşda olanlardır, onlardan birinin 50-yə yaxın, boğaz nahiyəsindən bıçaq yarası almış digərinin isə haradasa 40-45 yaşı var. Onlar hamısı daha çox Masallı rayonundan olan Azərbaycan vətəndaşlarıdır.

Ş. Kərimovun sözlərinə görə, hücum edənlərin sayı 20-dən 50-dək olub. Onların bəziləri artıq saxlanılıb: ikisi elə həmin gün, bu gün isə, ŞDİİ rəisinin məlumatına əsasən, daha 2 nəfər yaxalanıb.

Xəbər lenti

Xəbər lenti