...

Əli Həsənov: Azərbaycanda korrupsiya ilə mübarizə getdikcə sürətlənir

Siyasət Materials 21 Sentyabr 2006 13:32 (UTC +04:00)
Əli Həsənov: Azərbaycanda korrupsiya ilə mübarizə getdikcə sürətlənir

Azərbaycanda korrupsiya ilə mübarizə getdikcə sürətlənir. Bu barədə prezidentin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan üzrə Korrupsiya ilə mübarizə Dövlətlər qrupunun qiymətləndirmənin birinci və ikinci raundları çərçivəsində hazırlanmış məruzəni şərh edərkən Trend ə məlumat verib.

Məruzə müəllifləri belə hesab edir ki, korrupsiya Azərbaycanda ən ciddi problemlərdəndir. Kompleks antikorrupsiya strategiyasının işlənməsində Azərbaycanın hökümət orqanlarının xidmətlərini qeyd edərkən, məruzə müəllifləri vurğulayıb ki, indi həmin strategiyanı həyata keçirməyə başlamaq lazımdır.

Ə.Həsənovun sözlərinə görə, bütün dünyada korrupsiyanın indeksi hər il müəyyən olunur və Azərbaycan bəzi hallarda bu göstəricilərlə razıdır, bəzi hallarda isə yox. O qeyd edib ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da korrupsiya problemi var. Bu problemin aradan qaldırılması üçün işlər görülür, korrupsiya ilə mübarizə proqramı qəbul olunub, bu proqramı həyata keçirəcək qurumlar müəyyən olunub. İdarəetmə üzrə Dövlət şurası yanında antikorrupsiya komissiyası yaradılıb, prokurorluqda korrupsiya ilə mübarizə şöbəsi yaradılıb və həmin şöbənin tərkibi təsdiq olunub.

Ə.Həsənov bildirib ki, korrupsiya səviyyəsi üzrə dünya dövlətlərinin reytinqini müəyyən edən Transparency International təşkilatının siyahısı Azərbaycanda izlənilir. Bu siyahıya əsasən Azərbaycanda yeni yaradılmış qurumlar öz fəaliyyətlərinin başlıca istiqamətlərini müəyyən edirlər.

Xəbər lenti

Xəbər lenti