...

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Müvəqqəti Ali Komitəsinin növbədənkənar iclası kecirilib

Siyasət Materials 21 Sentyabr 2006 16:39 (UTC +04:00)

Sentyabrın 21-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Müvəqqəti Ali Komitəsinin (MAK) növbədənkənar iclası kecirilib. Bu barədə Trend ə Assambleyadan məlumat verilib.

İclasda Gürcüstan Müsəlman Demokrat Partiyasının (GMDP) yaradılması üzrə İşçı Qrupunun və Gürcüstanın müsəlman icmasının nümayəndələri də iştirak edib. Toplantıda Roma Papası XII Benediktin müsəlmanların dini heysiyyatını və şərəfni təhqir edən fiikrləri müzakirə edilib. Papa XII Benediktin Həzrəti Məhəmməd Peyğəmbərin və İslam dininin ünvanına soylədikləri təhqiramiz ifadələr pislənilib və bəşəriyyətə qarşı cinayət adlandırılıb. Məsələ ilə Bağlı GAMA Müvəqqəti Ali Komitəsi Bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, Papanın fikirləri Gürcüstan müsəlmanlarının da hiddətinə səbəb olub və belə hallar yolverilməzdir: "Papa XII Benediktin islam dinini "zorakılıq və şər" dini adlandırması dünyada antimüsəlman tendensiyasının qızışdırılmasına gətirib çıxara bilər. Əgər bu gün dünya Katoliklərinin Dini Rəhbəri XII Benedikt müsəlmanları təhqir edirsə, sabah xristian dünyasının digər nümayəndələri müsəlmanlara divan tutmağa çağıracaq"-deyə bəyanatda vurğulanır.

Gürcüstan müsəlmanları Roma Papası XII Benediktdən dünya müsəlmanlarından üzr istəməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti