...

Tahir Abbaslı: "Müxalifət liderlərində müdriklik, hikmət olmalıdır"

Siyasət Materials 26 Sentyabr 2006 15:32 (UTC +04:00)

Müxalifət liderlərində müdriklik, hikmət olmalıdır. Bu barədə Trend ə "Bizim Azərbaycan" blokunun üzvü Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı bildirib.

Partiya sədri bildirib ki, məhz bu xüsusiyyətlərin olmaması üzündən keçirilən seçkilərdə müxalifət məğlubiyyətə düçar olub: "Bundan başqa indiyə qədər baş verən hadisələrin araşdırılmaması, səhvlərin etiraf olunmaması da onların məğlubiyyətinə əsas verir. İnsanların müxalifətə inamının olmaması da əsas götürülməlidir".

AİDP sədri onu da vurğulayıb ki, "Azadlıq" siyasi bloku xalqın maraqlarını önə çıxara bilməyib. Demokratiyanın bərpası, xalqın problemləri, milli müqavimətin yaranması, söz, fikir azadlığının bərqərar olması kimi məfhumlar isə arxa plana keçib: "Mən istəməzdim ki, Azərbaycanın siyasi sferasında formalaşan qüvvələrin üstündən xətt çəkilsin. Amma ümumilikdə götürəndə vəziyyət ürəkaçan deyil. Regionçuluq bu qüvvələrə də sirayət edib".

Partiya sədri onu da bildirib ki, müəyyən məsələlərin həllində müxalifət ona dayaq durmayan cəmiyyətdə günah axtarmasın: "Xalq onlarda fədakarlıq görsə, təbii ki, irəli sürülən ideyaların ətrafında birləşəcək. Müxalifətin zəifliyi ondadır ki, insanların daxilində ruh yüksəkliyi yarada bilmir".

Qeyd edək ki, AİDP 2002-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti