...

İDP KXCP sədrinin müxalifətin birliyi ilə bağlı təklifini dəstəkləyib

Siyasət Materials 27 Sentyabr 2006 16:58 (UTC +04:00)

İslam Demokrat Partiyasının (İDP) Ali Məclisi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müxalifətin birliyi ilə bağlı təklifini dəstəkləməklə bağlı qərar qəbul edib. Bu barədə Trend ə DİP sədri Tahir Abbaslı bildirib.

DİP Ali Məclisinin sentyabrın 27-də keçirilən növbəti toplantısında əsasən müzakirə mövzusu müxalifətin birliyi problemi ilə bağlı olub: "Müzakirələr zamanı müxalifətin birliyi ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təklifi dəstəklənib. Toplantı iştirakçıları bildiriblər ki, əgər qarşıdan gələn 2008-ci il prezident seçkisinə qədər Azərbaycan müxalifəti birlik nümayiş etdirməsə, bu, müxalifətin süqutu ilə nəticələnə bilər".

Müzakirələr zamanı qeyd olunub ki, ötən illər ərzində müxalifət düşərgəsi birlik nümayiş etdirsə də sonda bu məhz şəxsi maraqlar baxımından parçalanıb.

Toplantı iştirakçıları bu qənaətə gəliblər ki, Mirmahmud Mirəlioğlunun təklifinin reaksiyasız qalması müxalifət düşərgəsi, xüsusilə də liderlərin yenə də şəxsi maraqları önə çəkməsi ilə bağlıdır.

İDP Ali Məclis üzvləri həmçinin bu məsələdə KXCP ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, DİP 2002-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti