...

Azərbaycan və Latviya prezidentləri birgə bəyanat imzalayacaqlar

Siyasət Materials 29 Sentyabr 2006 10:52 (UTC +04:00)

Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı 6 hökumətlərarası saziş imzalanacaq. Bundan başqa, hər iki ölkə başçısı birgə bəyanat imzalayacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov məlumat verib.

Səfər çərçivəsində prezident İlham Əliyevin Latviyanın baş naziri Ayqar Kalvitis və ölkə seyminin sədri Yanis Straume ilə görüşəcək. Azərbaycan dövlətinin başçısı biznes-forumun açılışında iştirak edəcək və ictimaiyyətlə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti