Dövlət neft fondu və Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin birgə səyləri hesabına qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəhərciklərdə evlərin inventarlaşdırılması çərçivəsində 500 min AZN həcmində məbləğin ayrılması nəzərdə tutulub. Trend xəbər verir ki, bu barədə bu gün Daşınmaz əmlakın dövlət reyestri xidmətinin başçısı Arif Qaraşov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin hesabına qaçqın və məcburi köçkünlərin evlərinin pasportlaşdırılmasına 75 min AZN ayrılıb. 2006- cı ilin aprel-avqust ayları ərzində 2426 ipotekanın dövlət qeydiyyatı həyata keçirilib.