...

Eldar Namazov: "Gələn həftə "Yeni Siyasət" bloku ilə bağlı rəsmi qərar çıxarılacaq"

Siyasət Materials 30 Sentyabr 2006 14:32 (UTC +04:00)

Gələn həftə "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə blokun həmtəsisçisi Eldar Namazov məlumat verib.

Qeyd edək ki, yay fasiləsindən sonra blokun Koordinasiya Şurası sentyabrın 30-da toplanmalı idi. Lakin Şuranın iki üzvü toplantıda iştirak edə bilmədiyi üçün iclas gələn həftəyə təxirə salındı.

Bir müddət əvvəl "Yeni Siyasət" seçki blokunun siyasi bloka çevrilməsi üçün işçi qrupu yaradılmış və ona təkliflər, sənəd layihəsi hazırlamaq tapşırılmışdı. Eldar Namazov bildirib ki, işçi qrupu "Yeni Siyasət"in siyasi bloka çevrilməsi üçün artıq təklifləri hazırlayıb. Koordinasiya Şurasının gələn həftə keçiriləcək toplantısında işçi qrupu məruzə edəcək, onun hazırladığı təkliflər müzakirə olunacaq. E.Namazovun sözlərinə görə, Koordinasiya Şurası blokla bağlı rəsmi qərar qəbul edəcək.

Qeyd edək ki, 2005-ci ildə keçirilmiş parlament seçkiləri ərəfəsində bir qrup müxalifətyönlü siyasətçi və ziyalılar tərəfindən "Yeni Siyasət" seçki bloku yaradıldı. Seçkidə blok şəklində iştirak edən bu komandadan sonradan bəzi partiyalar və fərdi şəxslər çıxdı. Qurumun daimi fəaliyyət göstərməsi üçün siyasi bloka çevrilməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti