Mən islam amilini Türkiyənin AB-yə daxil olması yolunda maneə hesab etmirəm. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Türkiyənin müsəlman ölkəsi olmasının onun AB-yə daxil olması üçün əngəllər yaratması ilə bağlı fikri şərh edərkən bəyan edib.
M.Məmmədquliyev hesab edir ki, bu, ayrı-ayrı şəxslərin fikirləridir. AB-nin danışıqları başlamaqla bağlı rəsmi qərarı mühümdür və danışıqlar demək olar ki, bir ildir aparılır.
"Türkiyə təbii olaraq, həm iqtisadi, həm də ölkənin demokratikləşdirilməsi planında böyük işlər görməli, yəniAB-nin irəli sürdüyü tələbləri yerinə yetirməlidir. Bütün bunlar Türkiyənin gələcəkdə Avropa standartlarına necə cavab verə biləcəyindən asılıdır" - deyə diplomat sonda bildirib.