...

İlham Əliyev: Hərbi potensialın artırılması Ermənistan-Azərbaycan münaqişəsinin müharibə yolu ilə avtomatik həlli demək deyil

Siyasət Materials 2 Oktyabr 2006 14:19 (UTC +04:00)
İlham Əliyev: Hərbi potensialın artırılması Ermənistan-Azərbaycan münaqişəsinin müharibə yolu ilə avtomatik həlli demək deyil

Bəzi qüvvələr nə üçün indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı sual verir. Bu ona görə baş verir ki, biz Azərbaycanı qane etməyən sazişləri imzalamayacağıq. Buna görə də bir prezident kimi təzyiqlərə baxmayaraq, xalqımızın maraqlarına zidd olan sazişi imzalamayacağam. Bu barədə oktyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin payız sessiyasının açılışında bəyan edib.

"Biz danışıqları ATƏT-in Minsk Qrupu formatı çərçivəsində davam etdirmək niyyətindəyik. Ancaq hesab edirik ki, digər beynəlxalq təşkilatların da iştirakı bu məsələnin həllinə kömək edə bilər. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Bunun xaricində mən heç bir razılaşma görmürəm. İşğal olunmuş ərazilər azad edilməli, qaçqınlar öz torpaqlarına qaytarılmalıdır. Qarabağın erməni əhalisinə isə yüksək muxtariyyət statusu verilə bilər. Siyasi vəziyyət bizim xeyrimizə işləyir.

Azərbaycan gələcəkədə də fəal siyasət aparmalıdır. Biz informasiya və iqtisadi hücumlara keçmişik. Hərbi potensialın artırılması davam etdirilir". "Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır. Gələn il biz buna nail olacağıq", - deyə İ.Əliyev qeyd edib. Dövlət başçısı onu da bildirib ki, hərbi potensialın artırılması münaqişənin hərbi yolla avtomatik həlli demək deyil. Bu, son tədbirdir. "Bizim siyasətimiz aqressiv olmalıdır. Biz hücuma keçməliyik". Azərbaycan Ermənistandan dəfələrlə güclü olduqdan sonra ola bilsin ki, münaqişənin hərbi yolla həllinə heç ehtiyac da olmasın.

Xəbər lenti

Xəbər lenti