...

Bakı Şəhər İcra Hakimiyyəti AMİP-in etiraz aksiyası ilə bağlı müraciətini qəbul etməyib

Siyasət Materials 2 Oktyabr 2006 17:27 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) etiraz aksiyası ilə bağlı müracətini qəbul etməyib. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Qeyd edək ki, AMİP-ə qərargah üçün yer ayrılması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq partiya hələ də qərargahla təmin olunmayıb.

AMİP qərargah probleminin həll edilməməsinə etiraz olaraq fasiləsiz aksiyalara başlamağa qərar verib. Bununla əlaqədar AMİP bu həftə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında piket keçirməyi planlaşdırır. Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunmaq üçün hazılanan müraciətdə bildirilib ki, həftənin üçüncü və beşinci günləri - oktyabrın 4-də və 6-da saat 13.00-da Əmlak Komitəsinin binası qarşısında piket keçiriləcək. Lakin AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən ümumiyyətlə, məktubu qəbul etmirlər: "Ötən həftənin sonu məktub götürülmədi, bu gün yenə cəhd etdik, lakin hər dəfə müxtəlif bəhanələrlə müraciəti qəbul etmirlər"-deyə AMİP funksoneri qeyd edib.

Ə.Orucovun sözlərinə görə, razılaşdırılmamış aksiyanın keçirilib-keçirilməməsinə dair partiyanın Siyasi Şurasının oktyabrın 3-də keçiriləcək iclasında qərar veriləcək.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda dövlət qeydiyyatına alınan ilk partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti