...

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaqı başa çatmış cinayət işləri üzrə dövlət orqanlarına təqdimatlar göndərib

Siyasət Materials 4 Oktyabr 2006 14:57 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tsintaqı başa çatdırılmış cinayət işləri üzrə əlaqədar dövlət qurumlarına təqdimatlar verilib. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktyabrın 4-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rərisi Namiq Əsgərov məlumat verib.

Ötən il ərzində Prezident Fərmanının icrası ilə əlaqədar olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin maddi-texniki təminatı istiqamətində işlər görülüb, idarədə qulluq keçən şəxslərin vəzifə maaşları Nazirlər Kabinetinin müvafiq qərarı ilə xeyli dərəcədə yüksək müəyyən edilib.

"Korrupsiya cinayətlərindən əldə olunan qanunsuz gəlirlərin müəyyən edilib geri qaytarılması istiqamətində idarə tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Əlaqədar dövlət orqanlarına tərəfimizdən təqdimatların göndərilməsi isə korrupsiya hallarının törədilməsinə şərait yaradan səbəblərin aradan qaldırılması, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin barəsində intizam tənbehlərinin tətbiq edilməsi məqsədi daşıyır" - deyə idarə rəisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti