...

Prezident və digər dövlət rəsmiləri Hacıbaba Bağırovun vəfatı ilə bağlı başsağlığı verib

Siyasət Materials 5 Oktyabr 2006 10:43 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri Dövlət Musiqili Komediya Teatrının direktoru, respublikanın xalq artisti, "Şöhrət" ordenli Hacıbaba Bağırovun vəfatı ilə bağlı başsağlığı verib. Trend xəbər verir ki, başsağlığında H.Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri olduğu bildirilib.

Qeyd olunub ki, sənətkarın repertuarını təşkil edən obrazlar komik çalarları sayəsində qısa müddət ərzində tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Dövlət Musiqili Komediya Teatrımızın tarixinə həmişəlik daxil olub. Səhnədə göstərdiyi fəaliyyəti ilə yanaşı, H.Bağırov Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib.

Qeyd edək ki, H.Bağırov oktyabrın 4-də 75 yaşında vəfat edib. Mərhumun cənazəsi vidalaşmaq üçün oktyabrın 5-də saat 13.00-da Dövlət Musiqili Komediya Teatrının binasında qoyulacaq.

Xəbər lenti

Xəbər lenti