...

Seçicilərin 5,29%-i artıq səsvermədə iştirak edib

Siyasət Materials 6 Oktyabr 2006 11:38 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda keçirilən bələdiyyə seçkilərində iştirak edən seçicilərin fəallığına dair səhər saatlarına olan məlumat açıqlanıb. Trendin məlumatına görə, MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev KİV-lər üçün brifinq keçirib.

İ.Babayev bildirib ki, bu saata qədər səsvermədə ümumilikdə 42 min 607 nəfər seçici iştirak edib. Bu isə ölkə üzrə (seçki keçirilən ərazilər) seçicilərin ümumi sayının 5, 29%-ni təşkil edir.

Növbəti hesabat saat 13:00-da olacaq.

Xəbər lenti

Xəbər lenti