...

Nizam Məhərrəmli: "89 saylı Göyçay-Ağdaş seçki dairəsində beynəlxalq müşahidəçilər yoxdur"

Siyasət Materials 6 Oktyabr 2006 16:05 (UTC +04:00)

89 saylı Göyçay-Ağdaş seçki dairəsində oktyabrın 6-da bələdiyyələrə keçirilən yeni seçkiləri heç bir beynəlxalq və müxalifətdən olan müşahidəçi izləmir. Bu barədə Trend ə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin sədri Nizam Məhərrəmov bildirib.

N.Məhərrəmov bunu bələdiyyələrə keçirilən yeni seçkilərlə bağlayıb: "Mən belə düşünürəm. 51 yerli müşahidəçi var ki, onların da 15-i Yeni Azərbaycan Partiyasını təmsil edir. Yerdə qalanı isə təşəbbüs qrupları tərəfindəndir, yəni öz istəkləri ilə seçkiləri izləyirlər". N.Məhərrəov vurğulayıb ki, 6 bələdiyyədə 6 yer uğrunda 25 namizəd mübarizə aparır: "Maraqlısı da odur ki, müxalifət partiyalarından heç biri öz namizədi ilə bu seçkiyə qatılmayıb. Beynəlxalq və müxalif müşahidəçilərin seçkiləri izləməmələrinin əsas səbəblərindən biri də bu ola bilər".

N.Məhərrəmov onu da bildirib ki, seçki normal keçir. Saat 15.00-a olan məlumata əsasən 6729 seçicidən 21,7 faizi artıq səs verib: "Heç bir qanun pozuntusu aşkarlanmayıb. Aktivlik get-gedə müşahidə olunmaqdadır. Yalnız 14 saylı seçki məntəqəsində seçicilərin aktivliyi hiss olunmurdu ki, bu da günün ikinci yarısında sürətlənib".

Xəbər lenti

Xəbər lenti