...

Naxçıvan Muxtar Respublikasında bələdiyə seçkilərində seçicilərin 34 faizi səs verib

Siyasət Materials 6 Oktyabr 2006 18:03 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Seçki komisiyasının sədri Məhərəm Qasımovun Trend ə verdiyi məlumata görə, 6 seçki dairəsində keçirilən seçkilərin saat 17:00 olan məlumatı belədir: 87 seçki məntəqəsində seçkilər keçirilib. 231 namizəddən 86 nəfəri seçiləcək. Bütün məntəqələrdə seçicilərin sayı 81 min 764 nəfər təşkil edir. Ancaq 27 min 823 nəfər seçici iştirak edib. Bu da 34% təşkil edir.

M.Qasımov onu da dedi ki, seçkilər zamanı heç bir neqativ hal qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti