...

Yanvarın 1-dən Azərbaycanda minimal əmək haqqının həcmi artırılacaq

Siyasət Materials 7 Oktyabr 2006 14:39 (UTC +04:00)

2007-ci il yanvarın 1-dən Azərbaycanda minimal əmək haqqının həcmi artırılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Quba-Xınalıq avtomobil yolunun açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan regionda aparıcı mövqe tutur, əhalinin bütün sosial problemləri öz həllini tapır və bu siyasət davam etdiriləcək. Mənim əsas məqsədim bütün Azərbaycan əhalisinin yaxşı şəraitdə yaşamasından ibarətdir", - deyə dövlət başçısı vurğulayıb.

İ.Əliyev ölkənin ucqar kəndində yeni avtomobil yolunun inşasını mühüm hadisə adlandırıb. Onun fikrincə, bu, kəndin gələcək inkişafını təmin edəcək. Paralel olaraq, Azərbaycanın bu qədim kəndinin digər sosial problemləri də həll olunacaq", - deyə İ.Əliyev qeyd edib.

Daha sonra dövlət başçısı Xınalıqda yeni sərhəd keçidinin açılışında iştirak edib. Prezident xanımı Mehriban Əliyeva ilə Qəçrəş kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş ümumtəhsil məktəbi ilə də tanış olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti