...

Fazil Qəzənfəroğlu: "Bizim müşahidəçilər seçkidə ciddi qanun pozuntularına rast gəlməyib"

Siyasət Materials 9 Oktyabr 2006 12:56 (UTC +04:00)

Bələdiyyə seçkilərində iştirak edən müxalifətyönlü Böyük Quruluş Partiyasının (BQP) müşahidəçiləri seçkidə ciddi qanun pozuntularına rast gəlməyib. Bu barədə Trend ə BQP-nin sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

O bildirib ki, partiya üzvlərinin namizəd kimi iştirak etdiyi dairələrdə müşahidələr aparılıb və qanun pozuntularına rast gəlinməyib: "Bizim müşahidəçilər seçkinin normal keçdiyini bildiriblər. Həmçinin, qeyd ediblər ki, seçicilərin fəallığı müşahidə olunmayıb", - deyə F.Qəzənfəroğlu vurğulayıb.

O əlavə edib ki, BQP-nin namizədlərinin qalib gəlib-gəlmədiyi rəsmi nəticələr elan olunduqdan sonra bilinəcək.

Xəbər lenti

Xəbər lenti