...

QİƏT Parlament Məclisi komitəsinin iclası keçiriləcək

Siyasət Materials 9 Oktyabr 2006 17:28 (UTC +04:00)

Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 10-da Kişinyova yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Millət vəkilinin gündəlikdə duran əsas məsələ - "QİƏT üzv dövlətlərdə əqli mülkiyyətin qorunmasının hüquqi bazasının möhkəmləndirilməsi" mövzusu ilə bağlı çıxışı nəzərdə tutulub.

İclasda həmçinin komitə sədrinin və sədr müavini seçiləcək, digər təşkilati məsələlərə baxılacaq. Səfər oktyabrın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti