Müxalifəti təmsil edən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargah probleminin həll edilməsi tələbi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təkrar müraciət hazırlayıb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.
Təkrar müracətdə bildirilir ki, Dövlət Komitəsinin AMİP-in qərargahla bağlı əvvəlki müraciətinə verdiyi cavab qanunaziddir. Partiya pozulmuş mülkiyyət hüququnun bərpa edilməsini və ona qərargah üçün yer ayrılmasını tələb edir. Müraciətin oktyabrın 10-da Dövlət Komitəsinə təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan AMİP-in neçə illərdir daimi qərargahı yoxdur. Partiyanın bununla bağlı müvafiq dövlət orqanlarına dəfələrlə müraciəti hələ də müsbət həllini tapmayıb.