...

Azərbaycan və Rusiya arasında muzey işləri sahəsində əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb

Siyasət Materials 9 Oktyabr 2006 19:38 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında muzey işləri sahəsində əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb

Oktyabrın 9-da Bakıda Azərbaycan və Rusiya arasında muzey işləri sahəsində əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Rusiya tərəfdən isə mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov imzalayıblar. Sənəd ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişlənməsini nəzərdə tutur.

Sənəd muzey sərvətlərinin saxlanılması, onların müdafiəsi sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsini nəzərdə tutur, - deyə Ə. Qarayev bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın bu böyük təcrübəsindən istifadə etmək niyyətindədir.

Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri A. Sokolovun sözlərinə görə, Rusiya muzey işinin yenidən təşkil olunmasında Azərbaycana yardım etməyə hazırdır.

Xatırladaq ki, rusiyalı nazir bu gün Azərbaycan paytaxtında keçirilmiş MDB ölkələrinin mədəni əməkdaşlığı üzrə Şuranın XXI iclasında iştirak etmək məqsədi ilə Bakıda səfərdədir.

Xəbər lenti

Xəbər lenti