...

Mikloş Haraşti: ATƏT Azərbaycanda jurnalistikanın səviyyəsinin qalxmasına kömək etməyə hazırdır

Siyasət Materials 10 Oktyabr 2006 15:46 (UTC +04:00)
Mikloş Haraşti: ATƏT Azərbaycanda jurnalistikanın səviyyəsinin qalxmasına kömək etməyə hazırdır

Azərbaycana səfərim xüsusi xarakter daşıyır və bu səfəri ümidlə başa vururam. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 10-da səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti bəyan edib.

O qeyd edib ki, 2005-ci ildə mətbuat azadlığının vəziyyəti qiymətləndirildikdən sonra ATƏT Azərbaycan hökuməti ilə birgə bu sahənin inkşiafına yönəlmiş bir sıra tədbirlər həyata keçirib.

M.Haraşti əlavə edib ki, jurnalistlərin amnistiyası və bir sıra digər məsələlərlə bağlı Azərbaycanın rəsmi şəxslərinə, o cümlədən prezident İlham Əliyevə müraciət edib və müsbət cavab alıb. O, prezidentin də ölkədə jurnalistikanın səviyyəsindən narahat olduğunu bildirərək, milli standartların dəyişməsinin gedişini diqqətlə izlədiyini qeyd edib.

Komissar bəyan edib ki, ATƏT Azərbaycanda jurnalistikanın səviyyəsinin artmasına əlindən gələn köməyi etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti