...

Turan Moralı: Fransa parlamentinin "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsi Türkiyəyə qarşı böyük haqsızlıqdır

Siyasət Materials 11 Oktyabr 2006 13:04 (UTC +04:00)

Fransa parlamentinin erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun qəbul etməsi Türkiyəyə qarşı böyük haqsızlıqdır. Trend in xəbərinə görə, bu barədə oktyabrın 11-də jurnalistlərlə sözbətində Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

Səfir bildirib ki, Fransa hökumətinin bu addımı Türkiyədə narahatlığa səbəb olub. "Bu, Fransa hökuməti tərəfindən atılmış çox primitiv davranış və utanc gətirən bir addımdır. Fransa kimi fikir azadlığı olan bir ölkənin belə bir qanun qəbul etməsi təəssüf hissi yaradır" - deyə T.Moralı söyləyib.

Səfirin sözlərinə görə, Fransanın erməni soyqırımını tanıması Türkiyənin Avropa Birliyinə qəbuluna əngəllər yaradan bir hərəkətdir.

T.Moralı həmçinin bu məsələdə Azərbaycan parlamentinin mövqeyinin Türkiyə tərəfindən alqışlandığını da qeyd edib. "Dünən Xaricdə Yaşayan Azərbaycanlılara İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da bu məsələ ətrafında fikirlərimizi bölüşmüşük. Azərbaycan hökumətinə Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür edirəm" - deyə T.Moralı bildirib.

Xəbər lenti

Xəbər lenti