...

Azərbaycan prezidenti MDB ölkələri Koordinasiya Şurasının bitki karantini üzrə 13-cü konfransının iştirakçılarına məktıb göndərib

Siyasət Materials 11 Oktyabr 2006 13:45 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri Koordinasiya Şurasının bitkilərin karantini üzrə 13-cü konfransının iştirakçılarına məktıb göndərib. Trend in verdiyi xəbərə görə, dövlət başçısı qeyd edib ki, beynəlxalq təşkilatlar, o cümlədən FAO və Aralıq dənizi və Avropa ölkələri bitkilərinin karantininin təşkili və mühafizəsi Azərbaycanda fitosanitariyanın inkişafına dəstək göstərib.

İ.Əliyev əlavə edib ki, Azərbaycan 1951-ci ildə Romada Bitkilərin mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya, həmçinin MDB hökümət başçıları şurasının 1992-ci ildə Moskvada qəbul etdiyi "Bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında" sazişə qoşulub.

O vurğulayıb ki, Azərbaycan bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi İran, Moldova, Özbəkistan, Rumıniya və Ukrayna ilə imzalayıb. Beynəlxalq təşkilatların Azərbaycanda texniki-maliyyə dəstəyi zamanı fitosanitariya sahəsində bir sıra layihələr reallaşdırılıb, hüquqi baza yaradılıb, müasir avadanlıqlar alınıb.

Azərbaycanın dövlət başçısı əmindir ki, konfrans bitkilərin karantini və mühafizəsi sahəsində ənənəvi münasibətlərin inkişafına, ixrac və idxal üzrə əməliyyatların genişlənməsi, elm və texnika sahəsində təcrübə mübadiləsinə səbəb olur.

Xəbər lenti

Xəbər lenti