Bu gün Avropa Şurası Venesiya komissiyasının 68-ci plenar sessiyası öz işinə başlayır. Trend xəbər verir ki, komissiyanın informasiyasına əsasən Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi haqqında məsələnin müzakirəsi ilə yanaşı, Belorus, Qazaxıstan, Çernoqoriya və Ukrayna üzrə işlərin də nəzərdən keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Venesiya komissiyası Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsinə dair qərar çıxardıqdan sonra Azərbaycan höküməti, Venesiya komissiyasının ekspertləri və ATƏT nümayəndələrinin iştirakı ilə növbəti görüşün vaxtı təyin olunacaq. Görüş oktyabr ayının sonuna qədər keçirilməlidir.