Azərbaycan Milli İstiqlal Partiyasın (AMİP) gələn həftə Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.
Partiya oktyabrın 12-də Fransa parlamentində qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılmasına dair qanun qəbul etməsinə etirazını bildirir. Bu məqsədlə oktyabrın 20-də saat 13.00-da Fransa səfiliyinin binası qarşısında piket keçirilməsinə qərar verilib.
Piketlə əlaqədar bu gün - oktyabrın 13-də Bakı Şəhər İcra hakimiyyətinə məktubla müraciət olunub.