...

QİƏT Baş Assambleyasının növbəti iclası noyabrın 22-də Bakıda keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2006 17:16 (UTC +04:00)

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Baş Assambleyasının növbəti iclası noyabrın 22-də Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın QİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Asəf Hacıyev bildirib.

A.Hacıyev qeyd edib ki, qurumun ötən iclası Ermənistanda keçirilib. Yarım ildən sonra isə Bolqarıstanda keçiriləcək: "Bu iclasda qurumun vitse-prezidentinin seçkisi və digər məsələlərə baxılacaq". Millət vəkili onu da vurğulayıb ki, QİƏT PA15 il bundan öncə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təşəbbüsü ilə yaradalıb: "Qurumun beynəlxalq katibliyi İstanbulda yerləşir, təşkilatda Azərbaycanın nümayəndəsi var. QİƏT-in beynəlxalq katibliyi də İstanbuldadır, Onun da baş katibinin müavini azərbaycanlıdır. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərməkdədir".

Millət vəkili qurumun Baş Assambleyasının Bakıda keçiriləcək iclasına Ermənistan nümayəndələrinin qatılacağı barədə bunları söyləyib: "Bu barədə mən heç nə deyə bilmərəm. Ancaq bir qayda olaraq bütün nümayəndə heyətlərinə dəvətlər göndərilir. 6 il bundan öncə Bakıda keçirilən iclasda ermənilər iştirak edib. Bu dəfə iştirak edib-etməyəcəkləri barədə deyə bilmərəm".

Xəbər lenti

Xəbər lenti