...

Azərbaycanın XİN başçısı Minskdə MDB Xarici işlər nazirləri Şurasında iştirak edəcək

Siyasət Materials 14 Oktyabr 2006 12:28 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 16-da Minskdə keçiriləcək iştirakçı-dövlətlərin Xarici işlər nazirlərinin şurasının növbəti toplantısında iştirak edəcək. Bu barədə Trend ə XİN mətbuat mərkəzindən məlumat verilib.

Toplantı zamanı qanunsuz miqrasiya, cinayətkar gəlirlərin qanuniləşdirilməsinə və terrorizmin maliyyələşdirilməsinə müqavimət, cinayətkar mühakimə üsulu iştirakçılarının mühafizəsi, eləcə də humanitar sahədə qarşılıqlı əlaqə problemləri kimi sahələrdə MDB ölkələrinin gələcək əməkdaşlığının möhkəmləndirilməsi və inkişafına yönəldilmiş təxminən 20 məsələnin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, toplantı iştirakçıları MDB-nin səmərəliliyinin və onun inkişaf perspektivlərinin artırılması məsələlərini nəzərdən keçirməyi planlaşdırırlar.

E.Məmmədyarov həmçinin Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-18-də Belorusiyaya rəsmi səfərinin hazırlıqları ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti