...

Nuşirəvan Məhərrəmli: Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalara qarşı heç bir qərəzimiz yoxdur

Siyasət Materials 14 Oktyabr 2006 14:17 (UTC +04:00)
Nuşirəvan Məhərrəmli: Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalara qarşı heç bir qərəzimiz yoxdur

"Bizim Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalara qarşı heç bir qərəzimiz yoxdur". Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktybarın 14-də mətbuat konfransı keçirmiş Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Milli Televiziya və Radio Şurasının Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalarla bağlı son qərarı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, istər kütləvi informasiya vasitələrində, istərsə ayrı-ayı ictimai xadimlər və eksperlər tərəfindən bu məsələ təhrif olunur.

"Milli Teleradio Şurasının məqsədi Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaları qapatmaq yox, həmin radiostanyaların öz tezliklərindən əlavə yerli radiostanyaların tərkibində də əlavə yayımlanmasının qarşısını almaqdır. Bu, qanunaziddir və istənilən xarici radiostansiya əlavə yayımlanmaq üçün tezlik ala bilər, buna qanun yol verir" - deyə N.Məhərrəmli bildirib.

N.Məhərrəmli bildirib ki, Milli Teleradio Şurası öz fəaliyyətini qanun əsasında qurur.

"Qanun düz də olsa, səhv da olsa, biz onu icra etməliyik. Bundan əlavə, Teleradio Şurası səlahiyyətləri baxımından digər qurumlardan fərqlidir. Teleradio Şurası hər hansı quruma tabe olan qurum deyil və kollegiallıq prinsipi əsasında fəaliyyət göstərir. Bizim qərarlarımız məcburi qərarlardır və hər bir telekanal, radiostansiya qərarlarımızı həyata keçirməyə borcludur. O ki qaldı qərarlarımızın doğru və ya səhv olmasına, bunu yalnız məhkəmə həll edə bilər" - deyə N.Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti